Naxçıvan sakininin avtomobilindən, təqribən, 1,7 kiloqram narkotik aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Cəlilabad rayon Polis Şöbəsi və nazirliyin Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının əldə etdiyi məlumat əsasında birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Naxçıvan şəhər sakini H.Hacıyevin idarə etdiyi “KamAZ” markalı avtomobil Binəqədi rayonu ərazisində saxlanılıb.
Polis əməkdaşları avtomobilin kabinəsinin alt tərəfindəki boşluqdan iki bağlamada çəkisi 1 kiloqram 670 qram heroin aşkar edilərək götürüb.